Birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və TƏBİB arasında həssas əhali qruplarına aid şəxslərə xidmətlərin göstərilməsi məqsədilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. TƏBİB-dən SİA-ya verilən məlumata görə, tədbirdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qonaqlara qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib və bildirib ki, iki qurum arasında sıx əməkdaşlıq həssas əhali qruplarına aid şəxslərə göstərilən xidmətlərin əhatə dairəsinin genişlənməsinə və möhkəmlənməsinəsəbəb olacaq.

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin fəaliyyəti və həyata keçirilən genişmiqyaslı sosial dəstək tədbirləri barədə məlumat verib. Qeyd olunub ki, Agentlik respublika üzrə həssas əhali qruplarından olan vətəndaşlarımızı səyyar, stasionar və yarımstasionar xidmətlərlə təmin edir.

Məlumat üçün bildirək ki, imzalanan memoranduma əsasən tərəflər birgə tibbi-sosial layihələrin işlənib hazırlanması və həyata keçirilməsi, tibbi xidmət və sosial reabilitasiya sahəsində birgə işlərin aparılması, ikitərəfli və qarşılıqlı faydalı əməkdaşlığın qurulması və digər vacib istiqamətlərdə birgə fəaliyyət göstərəcəklər.

Həmçinin Agentliyin tabeliyində olan sosial xidmət müəssisələrinə şəxslərin qəbulu zamanı təxirəsalınmadanilkin tibbi müayinə, onlara ilkin tibbi yardımın göstərilməsi və zəruri sənədlərin alınmasının təşkili, eləcə də ehtiyac olduqda Agentliyin müəssisələrində yaşayan şəxslərin stasionar müalicəsinin təşkili məqsədilə əməkdaşlıq ediləcək.

Qeyd edək ki, Anlaşma Memorandum 5 il müddətinə imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə