DİQQƏT: Allergiyadan bu üsullarla xilas olmaq olar - AYDINLIQ GƏTİRİLDİ

"90 faiz allergik xəstəliklər irsi, genetikdir". Bu sözləri SİA-ya açıqlamasında Diaqnoz Tibb Mərkəzinin həkim-allerqoloqu Şahvələd Məmmədov deyib.

O bilirib ki, ona görə biz həmişə uşaqları allergik xəstə kimi qəbul edəndə soruşuruq ki, valideynlərdən hər hansı birində, yaxud da, hər ikisində allergiya, asma var, ya yox: "Ümumiyyətlə, allergik xəstəliklər fəsil xarakterli, yaxud da, ilboyu olur. İki cür allergik xəstəliklər var. Bunlardan biri dəri səpkiləri ilə gedən, yəni allerqodermotozlar, digəri isə tənəffüs yolunun zədələnməsi ilə gedən respirator allerqozlardır.

Yuxarı tənəffüs yollarının zədələnməsi ilə gedən allergiya xəstəlikləri bronxit, astma və sair var. Bir də dəri zədələnməsi ilə gedən allergik xəstəliklər olur. Bunlara allerqodermotozlar deyilir. Hətta soyuq allergiyası deyilən bir növ də mövcuddur. Bu, onu deməyə əsas verir ki, allergiya multifaktorial, yəni çoxsəbəbli bir xəstəlikdir. Nəzərə alsaq ki, son zamanlar insanlarda immunitet aşağılığı müşahidə olunur, ona görə də allergenlərə qarşı həssaslıq yaranır. Bununla da orqanizmdə tez bir zamanda allergik reaksiya əmələ gəlir.

Allergik xəstəliklərdən qurtulmağın yolu kimi immunoterapiyadan deyilən müalicə var. Bu müalicə fonunda üç ildən beş ilə kimi uzunmüddətli müalicə tələb edir. Uzun müddətə bu xəstəlikdən qurtulmaq mümkün olur. Ancaq elə allergiya xəstəlikləri də var ki, ağır xroniki astma kimi onlardan xilas olmaq çətindir. Sadəcə fəsildən-fəslə müalicə alınmalıdır. Kəskinləşmə dövrlərində müalicə almalıdırlar".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə