Manqonu düzgün olaraq necə yemək olar

… Manqonun faydalı xüsusiyyətlərindən danışan diyetoloq Mixail Ginzburq, onu necə və nə qədər yeyə biləcəyinizi bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Sputnik radiosuna müsahibəsində tibb elmləri doktoru qeyd edib ki, ekzotik cənub meyvəsi iltihab və qocalma əleyhinə təsir göstərən flavonoid eləcə də karotenoidlərlə zəngindir. …Pəhrizinizə manqonun daxil edilməsi dəri sağlamlığına faydalı təsir göstərir,- deyən Ginzburq manqo pəhrizini lif mikrofloranı və toxunulmazlığı dəstəklədiyini də əlavə edib.

Ancaq dadlı və sağlam meyvənin yalnız bir çatışmazlığı var - şəkərin bolluğu.

…Şirinlik baxımından əksər meyvələri üstələyir.

Bu baxımdan o, manqonu yeməkdən əvvəl və ya yemək arasında deyil, yeməkdən sonra yeməyi məsləhət görür.

…Bu üsul ən yaxşısıdır, çünki yeməkdən sonra şəkər bədənə daha yavaş sorulur.

…Və eyni zamanda, mütəxəssis gündə iki və ya üç 100 qramdan çox olmayan meyvə yeməyə “icazə verir”.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə