“Həkimlərimizi tanıyın!” rubrikasında dr.Bəylər İmanovu təqdim edirik
Sizə Mərkəzi Gömrük Hospitalının xəstələrə xüsusi diqqətlə yanaşan, anında həlledici qərarlar verməyi bacaran yüksəkixtisaslı təcili tibbi yardım həkimi Bəylər İmanovu təqdim edirik. SİA xəbər verir ki, dr.Bəylər İmanov Mərkəzi Gömrük Hospitalında protokola (CPR, BLS, ACLS, ATLS) uyğun olaraq reanimasiya və stabilləşdirmə tələb edən ağır xəstə və yaralanan xəstələrin təcili qəbulu, stabilləşdirilməsi və ixtisasçılara ötürülməsi; kardiovaskulyar, pulmonar, mədə-bağırsaq, kranioserebral və endokrinoloji xəstəlikləri olan xəstələr üçün ilkin qiymətləndirmə və yardım; xəsarət almış və şok halında olan xəstələrin ilkin və yekun qiymətləndirilməsi; beyin zədəsi olan xəstənin Glazgo Koma şkalası ilə qiymətləndirilməsi və ilkin yardım; baş və üz yaralanmalarının qiymətləndirilməsi, boyun və onurğanın zədələnməsi zamanı immobilizasiya; kiçik cərrahi prosedurların aparılması; xəstələrin ölkə daxilində və ölkə xaricinə nəql olunmasını həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/beyler-imanov/#.
Bəylər həkim 2015-ci ildə Rusiya Federasiyası Şimali Osetiya Dövlət Tibb Akademiyasının Müalicə işi fakültəsini bitirib, 2015-2018-ci illərdə Tver Dövlət Tibb Universitetində Ümumi cərrahiyyə ixtisası üzrə ordinatura keçmişdir. Bəylər həkim əmək fəaliyyətinə 2019-cu ildə Mərkəzi Hospitalında Təcili tibbi yardım həkimi kimi başlamışdır.
Dr.Bəylər İmanov öz üzərində çalışan, işlədiyi sahəyə aid yerli və dünya mətbuatından yenilikləri izləyən və təcrübəsini zənginləşdirən yüksəkixtisaslı həkimdir. O, 2023-cü ildə ABŞ-ın Milli CPRF Fondu tərəfindən “Böyüklərdə, uşaqlarda, yenidoğulmuşlarda boğulma hallarında tibbi yardım. Avtomatlaşdırılmış xarici defibrillyasiya” ilk yardım kursunu keçmiş və sertifikat almışdır. Təcili tibbi yardımın çağırış nömrəsi 905-dir.
Bütün xəbərlər Facebook səhifəmizdə