Rusiyadakı şişman rusların sayı...

...Rusiyada təxminən 40 milyon insan obez, yəni loru dillə desək şişmandır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Səhiyyə naziri Mixail Muraşko bildirib.

Piylənmə 2-ci tip diabet, arterial hipertenziya və başqaları kimi digər təhlükəli xəstəliklərin tətikçisi olur.

Səhiyyə Nazirliyinin rəhbəri qeyd edib ki, problemin həlli profilaktikadır.

TASS xəbər verir ki, Rosstatın məlumatına görə, kök insanların sayında ən çox artım 15-17 yaş arası yeniyetmələr arasında qeydə alınıb.

Piylənmənin əsas səbəbləri düzgün olmayan qidalanma, oturaq həyat tərzi və hormonal pozğunluqlardır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə