Böyürtkən - meyvələri, yarpaqları və hətta kökləri - iltihab əleyhinə, antioksidant təsir göstərən polifenollar, vitaminlər eləcə də minerallar ehtiva edir.
SİA-nın əldə etdiyi məlumata görə, Polşa alimləri Agriculture jurnalında dərc olunan araşdırmada bitkinin faydalarından danışıblar.
Böyürtkənin müxtəlif fitokimyəvi profili ürək-damar xəstəlikləri və diabet də daxil olmaqla müxtəlif xroniki xəstəliklərin effektiv müalicəsində kömək edə bilər.
Mütəxəssislərin fikrincə, flavonoidlər və polifenollarla zəngin olan giləmeyvə müxtəlif xəstəliklərin, xüsusən də oksidləşdirici stresslə əlaqəli xəstəliklərin həm qarşısını almaq, həm də müalicə etmək üçün istifadə edilə bilən bioaktiv birləşmələrin mənbəyidir.
...İcmaya görə böyürtkən şirəsi içmək böyrək xəstəliyi və sidik yolları infeksiyası riskini də azaldır. Üstəlik, giləmeyvə ekstraktı bədənə sakitləşdirici təsir göstərir, ishalı yatırır və iltihabı azaldır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə