13 sentyabr 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində yeni istifadəyə verilmiş PREMIUM seriyalı BTL-4825 SL cihazlarının təqdimatına həsr edilmiş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Dr.Nabil Seyidov, Fizioterapiya şöbəsinin rəisi, fizioterapevt-reabilitoloq Dr. Səidə Kərimova, həkimlər, həkim-rezidentlər, tibb bacıları və texniki əməkdaşlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mərkəzi Gömrük Hospitalının rəis müavini Dr.Nabil Seyidov Fizioterapiya şöbəsində yeni istifadəyə verilmiş PREMIUM seriyalı BTL-4825 SL cihazının üstünlükləri, müxtəlif fizioterapevtik xəstəliklərin müalicəsində əhəmiyyəti və rolu barədə ətraflı məlumat verib. Dr.Nabil Seyidov qeyd edib ki, yeni alınan PREMIUM seriyalı BTL-4825 SL cihazı kəskin ağrılarla müraciət edən pasiyentlərə sürətli və keyfiyyətli tibbi xidmətlər göstərməyə imkan verəcək.
Daha sonra Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsinin rəisi, fizioterapevt-reabilitoloq Dr. Səidə Kərimova “PREMIUM seriyalı BTL-4825 SL cihazı ilə hansı xəstəliklər müalicə olunur?” mövzusunda təqdimatla çıxış edib.
Dr. Səidə Kərimova çıxışında bildirib ki, PREMIUM seriyalı 2 ədəd BTL-4825 SL cihazları ideal parametrlərə malik olub, çox perspektivli, innovativ kombinə edilmiş fizioterapiya sistemləridir. Bu cihazlar cərəyanların geniş spektri ilə iki kanallı elektroterapiya, həmçinin bir cihazda ultrasəs və lazer terapiyasını təmin edir.
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində bu yeni cihazlar vasitəsilə icra olunan kombinə olunmuş terapiyalar, fizioterapevtik prosedurlar, elektroterapiyalar, ultrasəs aparılır.
Standart aparatlardan daha güclü lazer applikatorun köməyi ilə müxtəlif mənşəli ağrılar, ağrı sindromları müalicə edilir, boyun, bel, oynaq ağrıları, vətər və əzələ problemləri, əzələ-skelet sistemində olan xəstəliklər aradan qaldırılır.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə