Mərkəzi Gömrük Hospitalının komandasına yeni qoşulmuş Mama-ginekologiya şöbəsinin həkim-ginekoloqu Raziyyə Tapdıqova haqqında məlumatı Sizə təqdim edirik. SİA xəbər verir ki, dr. Raziyyə Tapdıqova 2013-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirmiş, 2020-ci ildə Türkiyənin Mersin Universitetində Tibb Fakültəsi Qadın xəstəlikləri və Doğum kafedrasında diplomsonrası təhsil almışdır.
O, 2020-2021-ci ilərdə Türkiyənin Malatya Özəl Xəstəxanasında qadın xəstəlikləri və doğum uzmanı, 2021-2024-cü illərdə ölkəmizdə fəaliyyət göstərən müxtəlif dövlət və özəl tibb müəssisələrində şöbə müdiri və həkim mama-ginekoloq kimi çalışıb.
6 sentyabr 2024-cü ildən Mərkəzi Gömrük Hospitalında Mama-Ginekologiya şöbəsində ginekoloq kimi fəaliyyətə başlamış Dr. Raziyyə Tapdıqovanı yeni təyinatı münasibətilə təbrik edir və ona fəaliyyətində uğurlar arzulayırıq!
Bütün xəbərlər Facebook səhifəmizdə