“Kişilər və qadınlar fərqli şəkildə xəstələnirlər..?”

Bununla bağlı bir neçə əsas element var…

...Xəstəliklər kişilərə və qadınlara fərqli təsir göstərə bilər. Məsələn, Knife jurnalı yazır ki, kişilər COVID-19 infeksiyasının kəskin mərhələsində daha çox əziyyət çəkir, qadınlar isə uzunmüddətli nəticələrə daha çox məruz qalırlar. SİA-nın əldə etdiyi məlumata görə, London İmperial Kollecinin alimləri immun sisteminin hansı aspektlərinin cinsi hormonlar tərəfindən tənzimləndiyini və bunun xəstəlik riskinə, kişi və qadınların sağlamlığına necə təsir etdiyini göstəriblər.

Təhlil cinsi hormonlardan asılı olan immunitet sisteminin bir neçə əsas elementini, o cümlədən infeksiya və xəstəliyə qarşı iltihablı reaksiyaların yollarını müəyyən edib.

...İlk dəfə olaraq biz insan immun sisteminin hansı hissələrinin genetik fərqlərlə deyil, cinsi hormonlar tərəfindən tənzimləndiyini müəyyən edə bilmişik.

Bunu alimlər deyir.

Nəticələr göstərib ki, testosteron səviyyələrinin artırılması və estrogen səviyyələrinin azalması mühüm immun sistemi siqnal sistemləri arasında balansı dəyişdirir.
Tədqiqat kişi və qadınların infeksiyalar, otoimmün xəstəliklər və xərçənglə necə qarşılaşmasında fərqlərin arxasında duran mexanizmləri izah edən ilk tədqiqatdır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə