Səhiyyəmizin uğuru – Mərdəkan Tibbi Reablitasiya Mərkəzi - FOTOLAR

Müstəqil Azərbaycanımızda tibb sahəsinin günü-gündən inkişafı, yeni-yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi nəticə etibarilə insanların sağlamlığı qayğısına qalmağa hesablanmış addımlardır. Danılmaz faktdır ki, səhiyyə ocaqları, yeni-yeni xəstəxanalar, tibb məntəqələri, sağlamlıq ocaqları, sanatoriyalar, kurortlar tikilib xalqımızın ixtiyarına verilib. İndi belə tibb mərkəzlərinin sayında kifayət qədər artım nəzərə çarpır.

Bakının ən böyük qəsəbələrindən biri də Mərdəkandır. Dəniz sahilində yerləşən Mərdəkan qəsəbəsi bir çox sanatoriyaları ilə məşhurdur. İndiyədək Respublikamızın bütün rayon və şəhərlərindən bu sanatoriyalara göndərişlə gəlib, istirahət edib, eyni zamanda müalicə alıb gedənlərin sayı yüz minlərlə hesablanır. Mərdəkan qəsəbəsinin təmiz havası belə hər bir xəstəyə dərmandır.

Mərdəkan qəsəbəsinin də aid olduğu Xəzər rayonunda saysız-hesabsız sanatoriya, tibbi reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Belə mərkəzlərdən biri də Baba Əliyev küçəsində yerləşən Tibbi Reabilitasiya Mərkəzidir. Bu mərkəzə daxil olan hər bir xəstə orada olan yaşıllıq, gül-çiçək, əkilən və dibləri ağ rənglə boyanan ağaclar insana xüsusi zövq verir. Bura gələn hər xəstə burada şəfa tapır. Bu Reabilitasiya Mərkəzinin təmiz, səliqəli otaqları, kollektivinin isə hörmətini qazanan, savadlı həkimlər çoxdur. Mərkəzin direktoru Cabbarlı Rüfət İlham oğludur.

Rüfət həkim gənc yaşlarındadır, qardaş Türkiyədə təhsil alıb. Vətənini, xalqını sevən həkimdir. Bizə Rüfət həkim haqqında məlumatı da burada müalicə alan insanlar və həkimlər verdilər. Bu yaxınlarda Reabilitasiya Mərkəzinə yolum düşdü. Gördüklərimi qələmə aldım. Mərkəz məndə xoş təəssürat yaratdı və ümid edirəm ki, gələcəkdə bu mərkəz haqqında geniş yazılar dərc edəcəyik.

Məmmədhəsən Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə