Yeni virus yayılıb? - HƏKİM İZAH ETDİ

“Pandemiya bitsə də, biz hələ Covid-19 epidemik ocaqlarında tək-tük yoluxmalardan qurtula bilməmişik. Hətta hazırda körpə uşaqlarda da Covid-19 aşkar olunur”. Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Adil Qeybulla deyib.

O bildirib ki, bir tərəfdən tam başa çatmamış Covid-19, digər tərəfdən soyuqdəymə xəstəlikləri fonunda olan və yuxarı tənəffüs yollarında iltihaba səbəb olan virus və bakteriyalar, yəni mikroorqanizmlər artıb: “Hər il mövsüm dəyişməsi zamanı bu xəstəliklər baş qaldırır, kəskin şəkildə özünü göstərir. Bura adenovirus, paraviruslar, qrip virusu, Covid-19 və s. daxildir. Yəni, çoxsaylı viruslar var ki, onlar hazırda xəstəlik törədir.

Bu gün at ensefaliti adlanan virus da artıq Amerikada bir neçə şəxsdə tapılıb və bu virus çox ağır gedişə malikdir. Düzdür, yoluxma mənbəyi ağcaqanadlardır. Lakin qripə bənzər əlamətlərlə davam edən xəstəlikdir. Bu xəstəlikdə ölüm halları da çox olur. Düşünürəm ki, pandemiya təcrübəsi hər şeyə hazır və diqqətli olmağımızı göstərir. Bu ərəfədə özümü qorumalı, geyim formasını düzgün seçməliyik. Xüsusilə bu ərəfədə həkimlə məsləhətləşərək lazımi vitamin qəbulları vacibdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə