Qəhvədən daha sağlam olan canlandırıcı içki...

…Bu arada qəhvənin sağlam alternativi - matça çayı haqqında məlumat verilib.

SİA-nın əldə etdiyi məlumata görə, dietoloq-məsləhətçi Aleksey Kabanov bildirib ki, içki düzgün istehlak edildikdə orqanizmə böyük fayda verə bilər.

Onun sözlərinə görə, bu çay növü qəhvədən fərqli olaraq, mədə-bağırsaq traktının yaxşı işləməsi üçün lazım olan bir çox vitamin və lif ehtiva edir.

…O, antioksidant qoruma təmin edir və həzmi normallaşdırmağa kömək edir.

…Canlandırıcı içkinin faydalarından danışan həkim məhsulun dəmir, kalsium, A, C vitaminləri və xlorofil kimi maddələrlə də zəngin olduğunu deyib.

Eyni zamanda, mütəxəssis matça çayından sui-istifadə etməmək barədə xəbərdarlıq edib. Kabanov həftədə iki dəfədən çox olmayaraq səhər içməyi məsləhət görür.

…Matça fayda və zərər arasında tarazlıq yaradır. Onu tez-tez içməyə başlasanız, zərəri daha çox olacaq, - deyə dietoloq yekunlaşdırıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə