Fermentləşdirilmiş qidalar sağlamlığa necə təsir edir..?

…Fermentasiya olunmuş qidalar təkcə insan sağlamlığı üçün deyil, həm də ətraf mühit üçün faydalıdır və planetdə aclıq problemini də yüngülləşdirə bilər.

SİA xəbər verir ki, bu barədə “Frontiers in Nutrition” jurnalındakı icmal məqaləsinin müəllifləri məlumat verib.

Nəşrin müəllifləri qeyd ediblər ki, fermentləşdirilmiş qidalar insan mikrobiomunun - orqanizmin mikroblar cəmiyyətinin sağlamlığını qoruyub saxlamağa kömək edə bilər. Bəzi sübutlar onların qadın reproduktiv sistemində göbələk və bakterial infeksiya riskini azalda biləcəyini göstərir. Fermentasiya edilmiş qidalardan Bifidobacterium və Lactobacillus bakteriyaları beyin sağlamlığına birbaşa təsir edən daha yaxşı bağırsaq sağlamlığı ilə əlaqələndirilir.

…Çox güman ki, fermentləşdirilmiş qidalar insulinə həssaslığı artıra bilər və bununla da diabet riskini azaldır. Onların xolesterola təsiri ilə ürək-damar xəstəlikləri riskini azalda bilmələri də mümkündür.

Fermentasiya prosesi müvafiq olaraq osteoporoz və ya anemiyası olan insanlar üçün vacib olan kalsium eləcə də dəmirin udulmasını artıra bilər. Uzun raf ömrü və qida dəyəri sayəsində qıcqırdılmış qidalar yoxsul ölkələrdə insanlar arasında qida çatışmazlığı problemini yüngülləşdirə bilər.

Buna görə də kimçi, kumis, doenjang pastası və digər etnik qıcqırdılmış yeməklərin yemək ənənələrini qorumaq vacibdir. Müəlliflər urbanizasiya və dəyişən yemək vərdişləri onları risk altına qoyur.
Alimlər Avropa PIMENTO layihəsi çərçivəsində fermentləşdirilmiş qidaların faydalarının hər bir aspektini qiymətləndirməyi planlaşdırırlar. Bu, fermentləşdirilmiş qidaların faydalarının sağlam elmi dəlillərlə təsdiqlənməsini təmin edir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə