Enurez nədir? - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

“Enurez (altını islatma) bəzi uşaqlarda gecə, bəzilərində isə gündüzlər də rast gəlinən problemdir. Alt islatma uşağın ehtiyacını ödəmə vərdişi dövründə tez-tez rast gəlinirsə, bu, normal haldır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla Əli deyib.

Psixoloqun sözlərinə görə, enurezə fərqli yaş dövrlərində rast gəlinə bilər: “Enurez olan uşaqlar doğuşdan sonra sidiyə getmələrinə nəzarət edə bilmirlər. Lakin uşaq 5 yaşını keçibsə və 3 aydan çox həftədə 2 dəfə altını isladırsa, mütəxəssisə müraciət etməyiniz məsləhətdir. Zəka geriliyi olan uşaqlar da sidiyə getməni kontrol edə bilmirlər. Enurez çox hallarda yeniyetməlik dönəminə qədər özlüyündə keçir. 1 faiz hallarda isə böyüyənə kimi davam edir.

Enurezin psixoloji səbəbləri:

- Yanlış tualet vərdişi;

- Erkən və ya gec başlanan basqılı tualet vərdişi;

- Həddindən artıq çox bəslənən böyüməsinə imkan verilməyən uşaqlar;

- Ailədə itki; Boşanmalar;

- Məkan dəyişikliyi; Ailədə yeni uşağın doğulması;

- Şiddət;

Ailə enurez olan uşağa qarşı utandırıcı, təhqiredici mövqedə olmamalıdır. Dostları və bacı qardaşları ilə müqayisə edilməməlidir. Uşağa bunun xəstəlik olduğu başqa uşaqlarda da ola biləcəyi, psixoloqla iş birliyi ilə aradan qalxacağı izah edilməlidir. Uşağa yetəri qədər sevgi və qayğı göstərilməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə