Cavan nəsildə qan təzyiqinin səbəbləri BƏLLİ OLDU - MÜNASİBƏT BİLDİRİLDİ

"Əhali arasında yayılan qan təzyiqinin əslində elmi adı diastolik təzyiqdir". Bu sözləri SİA-ya açıqlamasında invaziv-kardioloq Şəmşir Vəliyev deyib.

O bildirib ki, ümumiyyətlə, təzyiq xəstəliyi arterial hipertoniya deməkdir: "Sistalik qan təzyiqi var, diastolik qan təzyiqi var. Biz təzyiqi ölçdüyümüz zaman yuxarı göstərən rəqəm sistalik qan təzyiqi, aşağı göstərən rəqəm isə diastolik qan təzyiqidir. Hansı ki, əhali arasında bu qan təzyiqi adlandırır.

Cavan nəsildə qan təzyiqinin artma səbəblərindən ilki energetik içkilər, alkoqollu içkilər, tütün məhsullarından istifadə edilməsidir. Biz adətən cavan nəslə ilkin olaraq dərman müalicəsindən öncə zərərli vərdişlərdən uzaq durmağı məsləhət görürük. Çünki bunu etdiyimiz halda artıq təzyiq artmasının qarşısını almış oluruq. Ona görə də fiziki aktivlik, gün ərzində piyada gəzinti, təmiz havada idmanla məşğul olmaq önəmli faktorlardır. Təzyiq artdığı zaman, yaxud da təzyiqin yüksəlməsi olan hallarda hansı ki, bunlar yoxdur, o zaman xəstə ilkin olaraq kardioloji müayinə olunur. Əgər kardioloji bir səbəb tapılmırsa, əlavə müayinələr endokrin, nevroloji hadisələr, bu kimi hallar da təzyiq artmasına səbəb olur".

"Arterial təzyiq artdığı zaman ilkin olaraq təcili yardım müdaxiləsi olmalıdır. Bunun üçün də təcili tibbi yardımın çağırılması məsləhət görülür. Digər hallarda əgər təcili tibbi yardım yoxdursa, həkimlə məsləhətləşmək lazımdır. Özbaşına hər hansı dərman qəbul edilməsi yolverilməzdir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə