Seçki günü təcili yardım xidməti gücləndirilmiş rejimdə işləyəcək

Azərbaycan Respublikasının Milli Məclisinə təyin edilən növbədənkənar seçkilərdə təcili yardım hər bir çağırışa çevik cavab vermək üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə SİA-ya TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, seçki məntəqələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları xidmətə tam hazır vəziyyətə gətirilib.

Bununla əlaqədar, artıq cədvəllər tərtib olunub, dairə və məntəqə seçki komissiyalarında çalışanların, eləcə də vətəndaşların sağlamlığının qorunması, çağırışların dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə