Elm adamları 30 illik araşdırmadan sonra belə qənaətə gəliblər ki, əlində telefonla sərf olunan hər əlavə saat insanın yaşama şansını 60 yaşa qədər azaldır.

SİA-nın əldə etdiyi məlumata görə, endokrinoloq Zuxra Pavlova 4 mindən çox insanın iştirak etdiyi eksperimentin şok nəticələrindən danışıb.

Mütəxəssislər müəyyən ediblər ki, televizorlardan smartfonlara və digər qadcetlərə mənfi təsir 20 yaşından etibarən toplanır. Qadcet aludəçiləri koronar ürək xəstəliyi riskini 55 faiz, insult 58 faiz, ümumi ürək xəstəliklərinə tutulma riskini 32 faiz artırır.

...Eyni zamanda, aktiv həyat tərzi və idman vəziyyəti yaxşılaşdırmayacaq.

Pavlova xəbərdarlıq edib.

Həkim həmçinin Telegram kanalında telefon, televizor və ya kompüterdən asılılığın yuxu, psixi sağlamlıq, qidalanma pozğunluğu, piylənmə və demensiya ilə bağlı problemlərlə dolu olduğunu xatırladıb.

Bundan əvvəl həkim Pavlova insanları kökəldən içkinin adını çəkmişdi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə