...Avstraliyalı tədqiqatçılar qrupu uzun ömür sürən amilləri sıralayan böyük bir araşdırmanın nəticələrini dərc ediblər. Alimlər 2000-ci ildən sonra dərc edilmiş uzunömürlülüklə bağlı 30-dan çox tədqiqatın nəticələrini təhlil edərək geniş miqyaslı meta-tədqiqat aparıblar.
SİA-nın əldə etdiyi məlumata görə, onların araşdırmalarının nəticələri nüfuzlu “GeroScience” nəşrində dərc olunub.
Baş müəllif Juli Day-Kellerin fikrincə, biz maraqlı dövrlərdə yaşayırıq. Bu əsrin əvvəlindən yaşı 100-dən çox olan insanların sayı 151 min nəfərdən 573 min nəfərə yüksəlib. Gələcəkdə onların daha çox olacağını gözləmək lazımdır. Day-Kellerin fikrincə, yüzilliklər uğurlu qocalmanın nümunələridir: onlar daha az xroniki xəstəliklərə malikdirlər və 90 yaşına qədər, bəzən də ondan sonra gündəlik həyatda müstəqilliyini qoruyurlar.
Uzunömürlülük əsasən genetika ilə müəyyən edilsə də, tədqiqatçılar hələ də deyirlər ki, 100 yaşa qədər yaşamaq şansınız ən azı 60 faiz digər amillərdən asılıdır.
Onların əksəriyyəti sizin nəzarətinizdədir. Bəs hansı amillər digərlərindən daha vacibdir və ən kritik əhəmiyyətə malikdir? Sadəcə olaraq, yaşamaq şansınızı 100-ə çatdırmaq üçün nə etməlisiniz?
Day-Keller və onun həmkarları bütün dünyada yüzilliklərin və onlara yaxın insanların (95-99 yaş) həyat tərzini və sağlamlığını təhlil ediblər. Onlar uzunömürlülüyü təmin edən dörd əsas amilin olduğu qənaətinə gəliblər.
Day-Keller “The Conversation” üçün köşə yazısında araşdırmanın təfərrüatlarını və şərhlərini qeyd edib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB