“Mehriban Əliyevanın bu sahədə rolu danılmazdır” - MÜNASİBƏT BİLDİRİLDİ
“Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, ölkəmizin Birinci Xanımı Mehriban xanım Əliyevanın anadan olduğu gündür. Mən və bütün həmkarlarım əziz Mehriban xanımı təbrik edirik və onun şərəfli həyat yolunda böyük müvəffəqiyyətlər arzu edirik! Pasiyent Təşkilatları İttifaqının sədri olduğum üçün bilirəm ki, hörmətli Mehriban xanımın xəstə vətəndaşlarımızın sağalmasında və həyat keyfiyyətinin yaxşılaşmasında böyük rolu var. Belə ki, qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlar, xüsusilə uşaqlar Mehriban Əliyevanın şəxsi nəzarəti altındadır”. Bu sözləri SİA-ya açıqlamasında Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov deyib.
O bildirib ki, uşaqlar sağlamlıqlarına qovuşur, valideynlər xoşbəxt olur və hər zaman öz minnətdarlıqlarını və dualarını Birinci Xanıma çatdırırlar: “Son 20 ildə səhiyyə və sağlamlıq sahəsində sürətli inkişaf və tərəqqi izlənilir. Yeni xəstəxanalar tikilir, həkimlər xarici dövlətlərdə təkmilləşir, müasir dərman preparatları ilə tibbin yeni müalicə üsulları tətbiq olunur. Bunların hamısı Birinci Vitse-Prezident, Heydər Əliyev Fondunun Prezidenti əziz və dəyərli Mehriban xanım Əliyevanın əməyi nəticəsində reallaşır. Minlərlə insana şəfa bəxş edən Mehriban xanıma möhkəm can sağlığı, uzun ömür və bacarıqla hər çətinlikdən şərəf və ləyaqətlə çıxmasını arzu edirik. Dünyanı heyran edən, şöhrət qazanan mərhəmətli Xanım Mehriban Əliyevanı Doğum Günü mübarək olsun!”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB