Qaydaları pozsaq, dərman orqanizmimizə hansı fəsad verə bilər? - İZAH EDİLDİ
Məlumdur ki, günümüzdə bir çox insanlar sağlamlığı üçün müxtəlif dərman preparatları qəbul edir və bu məhsulların hər birinin öz istifadə qaydası var. Məsələn, elə dərman preparatı var ki, o yeməkdən öncə, yaxud sonra qəbul edilməlidir. Bəs, bu qaydaları pozsaq, dərman orqanizmimizə hər hansı bir fəsad verə bilərmi? SİA mövzu ilə bağlı həkim terapevt Sevinc Abbasovanın fikirlərini öyrənib.

Onun sözlərinə görə, əlbəttə bu hal orqanizmimizə fəsad verə bilər: "Əgər dərman preparatının göstərişində varsa ki, "yeməkdən 2 saat sonra, yaxud yeməkdən birbaşa sonra qəbul olunmalıdır", deməli bu dərmanın bədən tərəfindən sovrulma qabiliyyətinə təsir edəcək.
Sevinc Abbasova sözlərinə belə davam edib: "Əgər yanlışlıqla dərmanı yeməkdən öncə qəbul etsək, mədədə ağrı, yaxud başqa narahatlıq yarana bilər. Bütün bunların hamısı dərmanın farmakoloji xüsusiyyətindən asılıdır.
Əgər dərmanlar dozadan artıq qəbul oluna bilirsə, zəhərlənmə baş verə bilər. Yəni, qaraciyər onu təmizləməyə bilər. Dərman qutusunda onun istifadə qaydası üçün kağız olur. Əgər dərmanı bu qayda ilə qəbul etməsək, onun ya təsiri azalacaq, ya da mənfi təsirləri meydana çıxacaq. Toksiki təsirdən söhbət gedirsə, istənilən dərman toksiki təsirə malik ola bilər. Bu orqanizmadan və qaraciyərin vəziyyətindən asılıdır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB