“Ölkəyə kifayət qədər vaksin gətirilib”

“Azərbaycanda tək-tək olsa da, qızılca infeksiyası qeydə alınır. Ona görə də uşaqları peyvənddən kənarda saxlamaq olmaz”. SİA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva nazirliyin sosial şəbəkə hesabında canlı yayım zamanı bildirib.

O qeyd edib ki, əvvəl Azərbaycanda qızılca qeydə alınmırdı, buna immunlaşdırma ilə nail olunmuşdu. Lakin ötən il gətirilmə hallar ilə qızılcaya yoluxmalar artdı: “Bir müddət əvvəl Səhiyyə Nazirliyi uşaqların immunizasiyası üzrə yeni təlimat hazırlayıb. Bu, həkimlər tərəfindən stolüstü sənəd kimi gündəlik istifadə olunacaq. Burada kənarda qalan uşaqların necə immunizasiya olunması, əlavə təsirlər zamanı yardım qaydası, tibbi əks göstərişlər və s. öz əksini tapıb.

Bu ilin martından heksa vaksini tətbiq olunur və uğurla həyata keçirilir. Uşaqlarda 2, 3 və 4 aylıqda aparılır. Azərbaycanda 11 infeksiyaya qarşı vaksin həyata keçirilsə, təkcə bu vaksinin tərkibində 6 infeksiyaya qarşı qorunma var. Səhiyyə Nazirliyi tərəfindən kifayət qədər vaksin gətirilib və uğurla tətbiq edilir”.

Bütün xəbərlər Facebook səhifəmizdə