Azərbaycanda hələ də qızılca riski davam edir - SN

Hazırda qızılcaya yoluxma ilə bağlı tək - tək hallar qeydə alınır. Buna görə də valideynlər uşaqları mütləq zamanında vaksin etdirməlidirlər. SİA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva deyib.

O bildirib ki, Azərbaycanda peyvəndlər ilə idarə edilməyən xəstəliklər yox səviyyəsindədir:

“Uzun illərdir ki, qızılcaya yoluxma halları da xeyli azalıb. Çox təəssüf ki, bir müddət öncə gətirilmə hallar ilə qızılcaya yoluxmalar artdı. Azərbaycanda 11 infeksiyaya qarşı vaksin həyata keçirilir. Hazırda yeni peyvənd də edilir ki, bu da müsbət nəticə verir”.

Heksavaksin əvvəllər uşaqlara vurulan bir neçə vaksinin birləşməsidir:

“Təxminən 6 adda infeksiyadan söhbət gedir. Tetanus, difiteriya, göy öskürək, hepatit B, poliomielit və influenza virusu əleyhinə vaksindir. Hesab edirəm ki, Dünya Səhiyyə Təşkilatı tərəfindən ən uyğun hesab edilən variantdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə