MGH-də “Marketinq menecment” mövzusunda təlim keçirilib - FOTOLAR
13 avqust 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Akademiyasının müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Vüsal Rzayev tərəfindən “Marketinq menecment” mövzusunda təlim keçirilib. SİA xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavinləri - t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Şahlar Mirqasım və Fərid Əbilov, əməkdaşlar və Mərkəzi Gömrük Hospitalının şöbə rəisləri və əməkdaşları iştirak ediblər.
Marketinq anlayışı, marketinqin tərkib hissələri, dəyər, dəyər prosesi haqqında ətraflı məlumat verən təlimçi Vüsal Rzayev qeyd edib ki, marketinq ümumilikdə bütün strukturun koordinasiyalı fəaliyyətidir. O, marketinq strategiyasının müəssisənin uzunmüddətli inkişafını hədəfləyən, müxtəlif taktika, üsul və üslubları özündə birləşdirən ümumi yol xəritəsi olması barədə danışıb.
V.Rzayevin təqdimatını iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və təlimin sonunda iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB