MGH-nin uşaq cərrahı qarın içi enməmiş xaya əməliyyatını uğurla icra olunub
Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərov tərəfindən 1 yaşlı pasiyent üzərində qarın içi enməmiş xaya əməliyyatı uğurla icra edilib. SİA xəbər verir ki dr.Vüsal Cəfərov bildirib ki, hamiləlik dövrünün sonuna qədər yenidoğulmuşlarda xayalar normal yerinə enmədikdə bəzi problemlər baş verir. Bu zaman ilk növbədə, xaya inkişafdan qalır, bununla əlaqədar olaraq gələcəkdə sonsuzluq ehtimalı artır, digər tərəfdən isə, xayanın inkişafdan qalması gələcəkdə onun bədxassəli şişə çevrilməsinə səbəb ola bilər, eyni zamanda yuxarıda qalan xayalarda burulma riski də yüksək olur. Belə xəstələrdə cərrahi əməliyyatın 6 ay ilə12 ay arasında həyata keçirilməsi tövsiyə olunur.
Xüsusilə, 12-ci ayı keçən uşaqlarda gələcəkdə xayanın şişə çevrilmə və sonsuzluq ehtimalı normal uşaqlara nisbətən daha yüksəkdir. Əgər bir uşaqda enməmiş xaya varsa və müayinə zamanı təsdiqlənirsə, mütləq 6-12-ci aylar arasında əməliyyat edilməlidir. Enməmiş xayalar adətən uşaq doğulduqdan sonra neonatoloqların müayinəsi zamanı aşkarlanır. Bəzən elə hallarla qarşılaşırıq ki, xayalar heç olmaya bilir. Bu zaman yenə uşağın 6-cı ayını gözləyib laparoskopik yolla qarının daxilinə baxış edilir, mövcud olan xaya endirilir. Bəzən isə xaya xayalıqda deyil, kanal içərisində olur və ya qarın daxilində olur. Bu zaman da uşağın 6-cı ayında əməliyyat edib xayanı yerinə endirilir. Bu gün 1 yaşlı balaca pasiyentimizin bu problemini uğurla aradan qaldırdıq. Hazırda uşağın vəziyyəti yaxşıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB