Həblər hansı içki ilə qəbul edilməməlidir...

Müəyyən içkilərlə həb qəbul etmək qəti qadağandır.

SİA-nın əldə etdiyi məlumata görə, Moslenta xəbər verir ki, bu barədə dietoloq Marina Makişa xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, sitrus suyu, xüsusən də qreypfrut ilə həb qəbul etmək zərərlidir.

O qeyd edib ki, qreypfrutun tərkibində qaraciyər hüceyrələrində P450 sitoxrom fermentini bloklaya bilən maddələr var.

…Bu, orqanizmə daxil olan dərmanın zəif parçalanmasına, nəticədə onun konsentrasiyasının artmasına gətirib çıxara bilər.

Bunu deyən həkim, bunun həddindən artıq dozaya və yan təsirlərə səbəb ola biləcəyini bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə