Göbələk zəhərlənməsinin ilk əlamətləri...

...Avqust ayında aktiv şəkildə göbələk toplayanlar meşənin meyvələri ilə ehtiyatlı davranmağa çağırılıb.

SİA-nın əldə etdiyi məlumata görə, çox vaxt hətta təcrübəli göbələk toplayanlar da göbələk zəhərlənməsinin qurbanı olurlar.

Rospotrebnadzorun mütəxəssisləri göbələkdən zəhərlənmə riskini minimuma endirmək yollarını izah ediblər.

Mütəxəssislərin fikrincə, çox vaxt bu, yanlış hazırlıq texnologiyası səbəbindən baş verir.

Bununla əlaqədar olaraq, hər kəsə göbələkləri toplanan gün bişirmək, əvvəlcə 10 dəqiqə qaynatmaq, sonra suyu boşaltmaq, yaxalamaq və yenidən qaynatmaq tövsiyə edilir.

...Yalnız bundan sonra göbələk yeməkləri hazırlana bilər.

Mütəxəssislər botulizmdən qorunmaq üçün göbələkləri konservləşdirərkən texnologiyaya diqqətli riayət etməyə çağırıblar.

...Göbələkləri konservləşdirmədən əvvəl yaxşıca yuyun, reseptə uyğun olaraq marinat edin və duz edin, kifayət qədər miqdarda duz və sirkə turşusu əlavə edin. Konservləşdirilmiş göbələklər soyuducuda və ya sərin zirzəmidə saxlanılmalıdır.

...Rospotrebnadzor göbələk zəhərlənməsinin ilk əlamətlərini də sadalayıb.

Əgər zəhərlənmə aşkar edilərsə, təcili olaraq həkimə müraciət etməli və vaxt itirməməlisiniz.

Göbələk yedikdən sonra həyəcan verici simptomlar zəiflik, baş ağrısı və başgicəllənmə, gözlər qarşısında duman, yuxarı göz qapağının düşməsi, boğaz ağrısı, danışma pozğunluğu, ürəkbulanma, qusma, qarın ağrısı, ishal və quru ağızdır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə