Ədliyyə Nazirliyi Hüseyn Abdullayevin səhhəti ilə bağlı məlumat yayıb

Ədliyyə Nazirliyi sabiq deputat Hüseyn Abdullayevin səhhəti ilə bağlı məlumat yayıb. Bu barədə SİA-ya nazirlikdən bildirilib.

Məlumata görə, o, bu ilin iki avqust tarixində ürək nahiyəsində olan narahatçılıqla bağlı Bakı istintaq təcridxanasının tibb sanitariya hissəsinə müraciət edib:

"Həkim-kardioloq tərəfindən müayinə aparılıb, həmçinin, ürəyin elektrokardioqrafiyası, daha sonra isə exokardioqrafiyası müayinəsi nəticələrinə əsasən miokard infarkt keçirməsi təsdiqlənməyib. H.Abdullayevin səhhəti həkim nəzarətindədir".

Bütün xəbərlər Facebook səhifəmizdə