2 avqust 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında saat 15:00-da “Zəhərli ilanların, hörümçəklərin, əqrəblərin və həşəratların sancması zamanı təxirəsalınmaz yardım və müalicə” mövzusunda seminar həyata keçiriləcəkdir.
Seminarda Mərkəzi Gömrük Hospitalının Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent, toksikoloq İsmayıl Əfəndiyev geniş təqdimatla çıxış edəcək və auditoriyanı maraqlandıran sualları cavablandıracaq.
Seminar pediatr, terapevt, təcili-tibbi yardım həkimi, anestezioloq-reanimatoloq ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur. Seminarda iştirak ödənişsizdir və qeydiyyatdan keçmək mütləqdir!
Seminarda iştirak üçün 051 232 66 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB