Yod çatışmazlığını necə aradan qaldıra bilərik? - HƏKİM İZAH ETDİ
"Tiroid vəzidəki dəyişiklik hansısa xəstəliklərə görə risk faktoru ola bilər. Ümumiyyətlə, mübadilə pozulması zamanı hormonal dəyişikliklər baş verir". Bu sözləri SİA-ya açıqlamasında həkim-terapevt Nərminə Abbasova deyib.

O bildirib ki, hormonal dəyişikliklərin də başında tiroid vəzidəki dəyişiklik birinci yerdə durur: "Artıq çəki olan insanlarda, sinir sistemi xəstəliklərində tiroid vəzidə gedən dəyişikliklər yenə də ön sıradadır. Bu cür xəstəliklərdə tiroid vəzidə gedəcək dəyişiklik risk altındadır.
Orqanizmdə hormonal dəyişiklik orqanizmin ümumi vəziyyətindən çox asılıdır. Həm sinir sistemi zədələndikdə, hər hansı stress faktorundan, depressiyalardan sonra sinir sistemində gedən dəyişikliklə bağlı birbaşa hormonal sistemdə də dəyişikliklər baş verir, digər vəzilərdə belə dəyişikliklər gedir. Ümumi disbalans yaranır. Orqanizmə bütöv şəkildə baxmaq lazımdır. İmmunitet aşağı düşəndə belə yenə də hormonal sistemdə disbalans, disfunksiya yaranır. Onların öz işini izah etmək funksiyasında qarışıqlıq yaranır".
Onun sözlərinə görə, əgər tiroid vəzidə dəyişiklik varsa, yod çatışmamazlığı baş verirsə, tiroid vəzidə kiçilmə əmələ gəlir: "Yod çatışmamazlığını aradan qaldırmaq üçün endokrinoloqa müraciət etmək lazımdır, endokrinoloji müayinələrdən sonra yodun həqiqətən çatışmaması dəqiq bilinir. Sonra həkim tərəfindən yod tərkibli preparatların təyini ilə aradan qaldırmaq mümkündür.
Yod çatışmamazlığı üçün düzgün qidalanmanın, yuxu rejiminin, sinir sistemini rahat saxlamağın, digər xroniki xəstəliklərin öz təsiri var. Orqanizm bir bütöv olaraq digər xəstəliklərin aradan qaldırılması və ya yaranmaması üçün profilaktik edilən tədbirlər və onların içində də hormonal dəyişikliyin qarşısını almaq lazımdır. Həmin halda istədiyimiz məqsədə nail ola bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB