“Viral hepatitlər – gözəgörünməz təhlükə ilə mübarizə” mövzusunda maarifləndirici seminar həyata keçiriləcək

29 iyul 2024-cü il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Sanitar-Karantin Xidməti və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “28 İyul Ümumdünya Hepatit Günü”nə həsr edilmiş “Viral hepatitlər – gözəgörünməz təhlükə ilə mübarizə” mövzusunda maarifləndirici seminar həyata keçiriləcək.

Maarifləndirici seminarda “Viral hepatitlərlə bağlı Azərbaycanda mövcud epidemioloji vəziyyət və qarşısının alınmasına dair nəzarət tədbirləri ” və “Viral hepatitlər və onlardan qorunma yolları” mövzularında məruzələr dinləniləcək. Seminar zamanı viral hepatitlərin epidemiologiyası, klinik gedişi, onlardan qorunma yolları və vaksinasiyanın əhəmiyyəti barədə auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.
Saat 15:00-dan 17:00-dək Mərkəzi Gömrük Hospitalının akt zalında həyata keçiriləcək. Mövzu ilə bağlı məlumatlarını artırmaq istəyən hərkəs seminarda iştirak üçün dəvətlidir.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir!
Qeydiyyat linki: https://forms.gle/zAt4VzgYzpWU2cLt7

Bütün xəbərlər Facebook səhifəmizdə