40 yaşdan sonra beyinin fəaliyyətini yaxşılaşdıran içkilər…

Yaşlandıqca koqnitiv sağlamlığın qorunması getdikcə daha vacib olur, çünki yaddaş da daxil olmaqla idrak funksiyası adətən sonrakı həyatda azalır. 40 yaşdan sonra balanslaşdırılmış qidalanma və sağlam həyat tərzi ilə beyin funksiyasını və psixi sağlamlığı qorumaq çox vacibdir.

SİA-nın əldə etdiyi məlumata görə, “She Finds” portalı ekspertlərdən beyin sağlamlığını gücləndirmək üçün ən yaxşı içkilər haqqında soruşub.

…Qızıl süd kimi də tanınan zerdeçal latte, beyindən qaynaqlanan neyrotrofik faktorun səviyyəsini artıraraq əhval-ruhiyyəni və yaddaşı yaxşılaşdıran curcumin ehtiva edir.

Bunu diyetisyen Varşa Xatri deyir.

…Blueberry smoothies (qaragilə, qatıq, süd, şəkər, vanil və muskat qozunu bir qarışdırıcıda köpüklənənə qədər qarışdırın-A.B.) yaddaşı yaxşılaşdıran və beyni oksidləşdirici stressdən qoruyan flavonoidlərlə zəngindir”.

Bunu isə həkim Ceff Drobot deyir.

…Çuğundur suyu qan axını və beyinə oksigen çatdırılmasını yaxşılaşdırır, idrak funksiyasını artırır.

Sağlamlıq məsləhətçisi həkim Kubanyçin fikirləridir.

Beyni gücləndirən digər içkilər arasında, Xatri konsentrasiyanı və ayıqlığı yaxşılaşdıran katexinlər və orta miqdarda kofein ehtiva edən yaşıl çay daxildir.

Nəhayət, həkim Drobot, xüsusilə neyroprotektiv flavonoidlərlə zəngin olan tünd şokoladla birləşdirildikdə, ayıqlıq və idrak performansını artırmaq üçün qəhvə içməyi tövsiyə edir.

Bu dadlı, qida maddələri ilə zəngin olan bu içkiləri gündəlik rasionunuza daxil etmək yaddaşınızı, əhvalınızı yaxşılaşdırmağa və zehninizi kəskin və enerjili saxlamağa kömək edəcək.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə