“Qadınlarda sidik qaçırmanın farmakoterapevtik və cərrahi müalicəsi” mövzusunda seminar həyata keçiriləcəkdir

26 iyul 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında saat 15:00-da “Qadınlarda sidik qaçırmanın farmakoterapevtik və cərrahi müalicəsi” mövzusunda seminar həyata keçiriləcəkdir.

Seminarda Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi Bəhruz Xalıqov geniş təqdimatla çıxış edəcək və auditoriyanı maraqlandıran sualları cavablandıracaq.
Seminar mama-ginekoloq, ümumi cərrah və uroloq ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur. Seminarda iştirak ödənişsizdir və qeydiyyatdan keçmək mütləqdir!
Seminarda iştirak üçün 051 232 66 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə