74 yaşlı xəstə üzərində TAVİ əməliyyatı uğurla icra edilib

23 iyul 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində kritik aorta darlığı ilə Hospitala müraciət etmiş 74 yaşlı xəstə üzərində TAVİ əməliyyatı uğurla icra edilib. Əməliyyat Kardiologiya şöbəsinin komandası tərəfindən, kənardan müdaxilə olmadan icra edilib.
Belə ki, əvvəllər bu əməliyyatı icra etməl üçün Türkiyədən dəstək məqsədilə texniki briqada gəlirdisə, bu dəfə Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq Dr.İlqar Tahiroğlunun rəhbərliyi ilə TAVİ mərkəzinin öz yetirmələri - Kardiologiya şöbəsinin invaziv kardioloqu Dr.Şəhla Ağayeva və texnik Vüsal Əliyev tərəfindən uğurla başa çatıb. Əməliyyat hər hansı bir kəsik aparılmadan xəstənin ayaq damarından girilərək həyata keçirilib. Pasiyentin vəziyyəti hazırda stabildir, sabah onun evə buraxılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə