Mən, Mehdi Əmiraslanov həyat yoldaşımı İmişli rayonunun Cəfərli kəndindən Mərkəzi Gömrük Hospitalına kardioloji müayinəyə gətirmişdim. Həyat yoldaşımın vəziyyəti ağır idi, özünü pis hiss edirdi, sinəsində ağrılar var idi. Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin kardioloqu Samir Mustafayev həyat yoldaşımı Angioqrafiya müayinəsi etdi və müayinəyə əsasən bildirdi ki, yoldaşımın həyatı təhlükədədir və təcili açıq ürək əməliyyatı olunmalıdır. Daha sonra uzman ürək-damar cərrahı Elməddin Əliyev yoldaşımı İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində uğurla əməliyyat etdi. Bu gün bütün çətinliklər arxada qalıb. Mən fəxr edirəm ki, Azərbaycanda Mərkəzi Gömrük Hospitalı kimi tibb müəssisəsi var.
Mən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayevə, kardioloq Samir Mustafayevə, ürək-damar cərrahı Elməddin Əliyevə və həyat yoldaşıma tibbi xidmət göstərən bütün personala dərin təşəkkürümü bildirirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə