Alimlər sağlamlığınızı yaxşılaşdıracaq iki tərəvəzin adını açıqlayıblar
Beynəlxalq Tibb Universitetinin (Malayziya) alimləri müəyyən ediblər ki, acı dadı olan Brassicaceae (kələm) ailəsinin bitkiləri piylənmə, hipertoniya və diabet riskini azaldır, həmçinin uşaqlarda qanda xolesterinin səviyyəsini normallaşdırır.
SİA-nın əldə etdiyi məlumata görə, tədqiqatın nəticələri Exploratory Research and Hypothesis in Medicine (ERHM) jurnalında dərc olunub.
Alimlərin işi müəyyən qidaların uşaqlıqda metabolik sindrom, piylənmə, artıq xolesterin, yüksək qan təzyiqi, diabet və ürək xəstəlikləri ilə əlaqəli metabolik pozğunluq riskinə təsirini araşdıran əvvəlki tədqiqatlara əsaslanır.
Elmi araşdırma göstərdi ki, bu qrup xəstəliklərin qarşısını ən çox Brassicaceae ailəsindən olan bitkilər istehlak etməklə alınır. Bu qrupun ən məşhur nümayəndələri kələm, gül kələm, brokoli, yaxa və şalgamdır.
Alimlərin fikrincə, bu tərəvəzlər onlara acı və turş dad verən faydalı təbii birləşmələr, qlükozinolatlarla zəngindir. Çeynədikdə və ya kəsildikdə qlükozinolatlar xardal yağları əmələ gətirir ki, bu da bəzi Brassicaceae bitkilərinə “istilik” və kəskinlik verir.
Qlükozinolatlar, kələm və şalgamda olan polifenollar, flavonoidlərlə birlikdə iltihab əleyhinə, antioksidant və antikanserogen xüsusiyyətlərə malikdir.
Nəzərə daxil edilən tədqiqatlar göstərdi ki, bu birləşmələr metabolik yolları modulyasiya etməyə, insulinə həssaslığı yaxşılaşdırmağa və oksidləşdirici stressi (hüceyrə zədələnməsinin xüsusi forması) azaltmağa kömək edə və bununla da metabolik sindromla əlaqəli risk faktorlarını aradan qaldıra bilər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə