“Təəssüf ki, bu məsələ neqativ istiqamətə gedir“ - HƏKİM DANIŞDI

“Müşahidələr göstərir ki, zaman-zaman nəsillər arasında akselerasiya və retardasiya deyilən hadisələr baş verir. Akselerasiya fiziki inkişafın əqli inkişafı üstələməsidir. Yəni uşaqlar öz yaşıdlarından daha iri görünürlər. Retardasiya isə cırlaşma deməkdir. Burada isə əksinə, əqli inkişaf fizikini üstələyir”. Bu sözləri SİA-ya danışan həkim Adil Qeybulla deyib.

Onun sözlərinə görə, insan həm də ətraf aləmin, iqlimin təlatümlərinə, temperatura, maqnit sahəsinin dəyişməsinə görə insanlar da fərqliləşir: “Bu adaptasiyadır, buna filogenetika deyilir. Yəni insan o qədər yavaş-yavaş dəyişilirsə, onu gözlə görmək mümkün olmur. Əlbəttə ki, 400-500 il bundan əvvəlki ilə indiki insanın analizlərində, qan təhlillərində, boyunda “N” qədər fərqlər var”.

A.Qeybulla qeyd edib ki, təəssüf ki, bu məsələ neqativ istiqamətə gedir: “Düzdür, orta ömür uzunluğu artıb. Çünki qabaqkı dövrdə, xüsusən 19-cu əsrə qədər pandemiyalar çox olub deyə, insanlar çoxsaylı şəkildə qırılırdılar. Təbii ki, insanların dəyişməsi həm də buna bağlıdır.

Digər tərəfdən, günümüzdə çəki almış adamların sayı daha çoxdur, nəinki hərəkətlilərin. Bu da xəstəliklərin əsasında dayanır. İnsanların kütləvi idmanla məşğul olması, sağlam qidalanması çox vacibdir. Kütləvi idman ümumi genofondun sağlamlaşdırılmasında çox mühüm məsələdir. Qadınlarda da, kişilərdə də oynaqlarda problemlər müşahidə olunur. Bu da özlüyündə boya, qamətə, hərəkətə, fiziki aktivliyə təsir edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə