“Həkimlərimizi tanıyın!” rubrikamızda Dr.Aygün Sadıxovanı təqdim edirik

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı pediatr-neonatoloqu Aygün Sadıxovanı təqdim edirik.
DR.AYGÜN SADIXOVA Mərkəzi Gömrük Hospitalında yeni doğulmuş uşaqların müayinəsi, uşaqların anadan olduğu dövrdən 17 yaşa kimi olan dövrdə müayinə və müalicəsi, vaksinasiya, uşaqlarda qastroenterologiya, pulmonologiya, allerqologiya, otolarinqologiya ilə bağlı xəstəliklərin stasionar şəraitdə müalicəsi ilə məşğul olur. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/aygun-sadixova/.
Aygün həkim 1994-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsində təhsil almış, 2001-2002-ci illərdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda pediatriya ixtisası üzrə internatura keçmişdir. O, əmək fəaliyyətinə 2002-ci ildə başlayaraq 2017-ci ilə qədər dövlət tibb müəssisəsində pediatr-neonatoloq kimi, 2017-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin pediatr-neonatoloqu kimi fəaliyyət göstərir.

Dr.Aygün Sadıxova beynəlxalq konfranslarda, seminarlarda və elmi-praktik konfranslarda iştirak edir. O, 2018-ci ildə Neonatologiya üzrə I Bakı Beynəlxalq Konfransında, “Pediatriyada yeniliklər” mövzusunda VIII Simpoziumda, 2019-cu ildə Neonatologiya üzrə Azərbaycan-Türkiyə II İntensiv təlim kursunda, Neonatologiya üzrə II Bakı Beynəlxalq konqresində, 2022-ci ildə Türkiyənin İzmir şəhərində Ege Universitetinin Reanimasiya və Pediatriya şöbəsində neonatologiya üzrə rotasiya kursunda və 2023-cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Azərbaycan Pediatrlar Assosiasiyasının birgə təşkilatçılığı ilə “Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü”nə həsr olunmuş konfransda iştirak edib.

Dr. Aygün Sadıxovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Bütün xəbərlər Facebook səhifəmizdə