Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutunda görüş keçirilib

11 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Azad Əhmədovun Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutunun direktoru, professor Ulduz Həşimova və institutun əməkdaşları ilə əməkdaşlığa dair görüşü keçirilib. SİA xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutu və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi arasında gələcək müştərək elmi işlərin birlikdə aparılması, elmi-tədqiqatların və layihələrin həyata keçirilməsi üçün imkanların genişləndirilməsi, tibbi və digər tullantıların idarə edilməsi, Yaşıl hospital konsepsiyasının inkişafı, müxtəlif ekoloji layihələrin müştərək olaraq həyata keçirilməsi və digər mövzular müzakirə olunub. Həmçinin, görüşdə bu iki qurum arasında yaranmış əlaqələrin gələcəkdə də davam etdiriləcəyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə