“Ürək və qeyri-ürək cərrahiyyəsində dərmanların əməliyyat önü menecmenti”
12 iyul 2024-cü il tarixində saat 15:00-da Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Ürək və qeyri-ürək cərrahiyyəsində dərmanların əməliyyat önü menecmenti” mövzusunda seminar keçiriləcək. SİA xəbər verir ki, seminarda Mərkəzi Gömrük Hospitalının rəis müavini, tibb xidməti mayoru, kardioloq Nabil Seyidov geniş təqdimatla çıxış edəcək və auditoriyanı maraqlandıran sualları cavablandıracaq.
Seminar kardioloq, nefroloq, terapevt, kardiocərrah, aneztezioloq-reanimatoloq, ümumi cərrah, uroloq, pediatr və travmatoloq ixtisasına malik həkim və rezidentlər üçün nəzərdə tutulmuşdur. Seminarda iştirak ödənişsizdir və qeydiyyatdan keçmək mütləqdir!
Seminarda iştirak üçün (051) 232 66 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB