“Dəniz” müalicəsi nədir ? - FİZİOTERAPEVT İZAH ETDİ

“Talassoteapiya - "dəniz" müalicə deməkdir və dəniz ilə dəniz havasının birgə müalicəsidir. Suda həll olmuş kimyəvi maddələr yəni, kalsium, brom, yod, magnezium, dəniz yosunlarının fitonsidləri tər və piy vəziləri vasitəsilə dermanın dərinliyinə qədər keçir, daha sonra qan axınına daxil olur”. Bu sözləri SİA-ya açıqlamasında həkim fizioterapevt Şəhla Qafarova deyib.

O bildirib ki, hipatalomo - hipofizar sistemi, böyrəküstü vəzin qabıq maddəsinin qlukokortikoidal funksiyası aktivləşir: “Simpatik sinir sisteminə müsbət təsir edir. Bu zaman regionar qan dövranı, toxumaların mikrosirkulyasiyası, trofikası, metobolizması artır və beynin hemodinamikasi (qan dövranı) yaxşılaşır. Dəniz suyunun təsirindən və suda fiziki aktivlik zamanı (üzən ) trop hormonlarının aktiv forması, katexolaminlər, kortikosteroidlər ifraz olunaraq orqanizmin reaktivliyini artırır, immun sistemini möhkəmləndirir. Bundan başqa dəniz dumanı ilə nəfəs almaq minerallarla inqalyasiya effekti verərək ağciyərlərdən böyük qan dövranına qoşularaq, immun sistemini möhkəmləndirir.

Helioterapiya - yunan dilindən tərcümədə günəş və müalicə deməkdir. Günəşin uzundalğalı UB şüalarının təsiri epifizin və qabığaltı mərkəzin fəaliyyətin stimulə edir, melanin sintezi artır və Langerhans hüceyrələrinin keçiriciliyi ilə dermaya keçərək hüceyrənin aktivliyinə və humoral immunitetin aktivliyinə təsir edir. Eyni zamanda sinir sistemini və psixoloji vəziyyətin stabilliyini artırır və əsəbləri sakitləşdirir.

Dəridə dekstrusiyaya uğramış zülal qalıqları və dəridə yaranan qızarıqlıq səbəbilə dəridə aktiv formada oksigen əmələ gəlir və bütün bu fiziki və kimyəvi proseslər sayəsində baş beynin və digər damarlara damargenişləndirici təsir edərək, beynin qandövranını yaxşılaşdırır. Həmçinin tormozlanma və oyanma prosesləri arasında nisbət bərpa olunur. Eritema nəticəsində əmələ gələn bioloji aktiv maddələr qan dövranına daxil olur, hüceyrə tənəffüsü stimullaşır, ağciyər toxumasına regenerativ reperativ təsir edir. Beləliklə yayda istirahət orqanizmin sağlamlığı üçün vacib şərtdir. Onurğa sütunu xəstəlikləri, oynaq xəstəlikləri, raxit və sınıqdan sonrakı vəziyyətlər zamanı, uşaqların fiziki və psixoloji inkişafı üçün, boy atmalarını sürətləndirmək, doğru qərarlar vermək, psixi və hissi stabilliyi qorumaq üçün və s. təbiətə üz tutmaq və istirahəti düzgün təşkil etmək şərtdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə