Albalı və gilasın faydaları nələrdir?

Albalı və gilas insan orqanizminə müsbət təsir göstərən çoxlu faydalı xüsusiyyətlərə malikdir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, endokrinoloq Anjela Tolmasova giləmeyvələrdə dəqiq olaraq hansı vitamin və maddələrin olduğunu danışıb.

Onun sözlərinə görə, bu giləmeyvə A, C və K vitaminləri, kalium, maqnezium, antioksidantlar, beta-karotin və xolinlə zəngindir. Onların tərkibində çoxlu miqdarda dəmir və lif var. Eyni zamanda, giləmeyvə aşağı kalorili olur.

Mütəxəssis qeyd edib ki, albalı antioksidant olmaqla orqanizmin hüceyrələrini sərbəst radikalların dağıdıcı təsirindən qoruyan və bədəndəki iltihabi prosesləri azalda bilən antosiyaninlərin əla mənbəyidir.

Giləmeyvə tərkibindəki antioksidantlar vaxtından əvvəl qocalma və xroniki xəstəliklərin yaranması eləcə də inkişafı ilə əlaqəli olan oksidləşdirici stressi azaldır.

Bundan əlavə, albalı hüceyrə zədələnməsinin qarşısını alan polifenollarda yüksəkdir. Bu dadlı giləmeyvə yemək həm də keyfiyyətli yuxuya kömək edir.

...Albalının tərkibində də olan kalium, natrium antaqonisti olmaqla, qan təzyiqi və ümumi xolesterin səviyyəsini aşağı salmağa kömək edir, bu da ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, infarkt və insult kimi ciddi fəsadların riskini azaldır.

Bunu da Tolmasova əlavə edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə