İsmayıl Əfəndiyev təlimdə təqdimatla çıxış edib - FOTO

Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev “Ətraf mühitlə əlaqəli uşaq xəstəliklərinin diaqnostikası, qarşısının alınması və idarə edilməsi bacarığının təkmilləşdirilməsi” mövzusunda keçirilən təlimdə təqdimatla çıxış edib. SİA xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb xidməti polkovnik-leytenantı, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, TƏBİB-in və UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə 1-3 iyul 2024-cü il tarixlərində “Ətraf mühitlə əlaqəli uşaq xəstəliklərinin diaqnostikası, qarşısının alınması və idarə edilməsi bacarığının təkmilləşdirilməsi” mövzusunda təlimçilər üçün keçirilən təlim proqramında məruzəçi qismində iştirak edib.

Təlimdə uşaqlar və kimyəvi maddələr, civə və uşaq sağlamlığı, qurğuşun və uşaq sağlamlığı, gübrələr haqqında Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dos.İsmayıl Əfəndiyev ətraflı məlumatlarla çıxış edib. Səhiyyə təşkilatçılarından ibarət olan auditoriya məruzəni böyük diqqətlə qarşılayıb və məruzəçiyə çoxsaylı suallar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə