Zeytunlarda unikal maddə tapılıb...

Zeytunlarda müəyyən edilən elenolik turşu siçanlarda qan şəkərini azaltmağa və arıqlamağa kömək edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Amerika Qidalanma Cəmiyyəti bildirib.

...Alimlər GLP-1 və PYY hormonlarına təsir edən, toxluğu təşviq edən və həddindən artıq yeməyin qarşısını alan təbii maddələr axtarırdılar.

Onların hərəkəti Liruglutide, Ozempic və başqaları dərmanları ilə təqlid edilir.

Qeyd edək ki, təcrübələr siçanlar üzərində aparılıb. Onlara eleol turşusu verilib, sonra gəmiricilərin vəziyyəti müşahidə edilib. Bir həftədən sonra obez respondentlərin çəkisi azalıb və qan şəkərinin səviyyəsi maddə verilməyən siçanlarla müqayisədə aşağı olub.

Tədqiqatçılar belə qənaətə gəliblər ki, elenolik turşu gəmiricilərdə qida qəbulunu əhəmiyyətli dərəcədə azaldır və arıqlamağa kömək edir.

Bununla belə, alimlər hesab edirlər ki, zeytun yağı və ya zeytunlarda bu maddənin konsentrasiyası bu məhsulların insanlarda oxşar təsirlərə səbəb olması üçün çox aşağıdır. Ancaq yaxşı xəbər var: işin nəticələri iştah kəsicilərə daha əlverişli və təhlükəsiz alternativlərin yaradılması üçün əsas ola bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə