“Göz rənginin görmə funskiyasına heç bir aidiyyatı yoxdur“ - AYDINLIQ GƏTİRİLDİ

“Zaman-zaman müxtəlif göz rəngi olan insanlar evlənəndə uşaqlarının gözü dominant olaraq tünd rəngə meyillənir. Ümumiyyətlə isə bir qayda olaraq müəyyən olunub ki, şimal tərəfdə göy və açıq, cənubda isə tünd rəngli gözü olan adamlar yaşayır. Yəqin bu da ona görədir ki, lap qədim vaxtlarda insanlar qruplaşaraq ayrı-ayrı yerlərdə məskən salıblar”. Bu sözləri SİA-ya danışan həkim Adil Qeybulla deyib.

Onun sözlərinə görə, gözdə əsas zülalın yaratdığı rəng önəmlidir: “Məsələn, insan ağlayanda göz rəngləri daha parıltılı olur. Dünyada ən çox yayılan göz rəngi qəhvəyidir, daha sonra göy və növbəti isə yaşıldır. Dünyada ən nadir rast gəlinən göz rəngi bənövşəyidir. Belə ki, bənövşəyi gözlü insanların sayı dünyada 1000 nəfər civarındadır”.

Həkim bildirib ki, bunlar hamısı genetik mutasiya ilə izah olunur: “Göz rənginin görmə funskiyasına heç bir aidiyyatı yoxdur. Açıq göz rənginə malik olan insanlar gecə obyektləri daha yaxşı görürlər. Bu onunla bağlıdır ki, o gözlərdə xromotoforlar var. Xromotoforlar piqment hüceyrələridir və onlar açıq göz rəngi olan insanlarda daha nazik olur. Bu da görmə itiliyinə müsbət təsir edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə