Lənkəranda minik avtomobili velosipedçini vurub

Lənkəranda yol qəzasında velosipedçi xəsarət alıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, axşam saatlarında Lənkəran rayonu ərazisində velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan minik avtomobili Lənkəran rayon sakini, 1991-ci il təvəllüdlü Alim Cəlal oğlu Şahmarovu vurub. A.Şahmarov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona belin küt travması, dəqiqləşdirilməmiş kəllə-beyin travması və başın ənsə nahiyəsinin əzilmiş-didilmiş yarası diaqnozu qoyublar. Xəstəyə ilkin tibbi yardım göstərilib və vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstənin müalicəsi reanimasiya şöbəsində davam edir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə