Terror təşkilatı olan Boko Haramın 70 üzvü zərərsizləşdirilib

Qərbi Afrika ölkələri Çad, Nigeriya, Niger və Kamerun ərazisində Çad gölü hövzəsində yerləşən terror təşkilatı Boko Haramın 70 üzvü zərərsizləşdirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Çoxmillətli Birgə İş Qüvvəsi sözçüsü Əbubəkr Abdullahi verdiyi yazılı açıqlamada Boko Haramın Çad gölü hövzəsindəki 5 düşərgəsinə qarşı əməliyyat keçirdiklərini elan edib. 70 terrorçunun öldürüldüyünü qeyd edən Abdullahi onlarcasının da yaralanaraq qaçdığını bildirib və deyib: "Bölgədə sülh və təhlükəsizliyə nail olmaq üçün tərəfdaşlarımızla yorulmadan işləməyə davam edəcəyik".

2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan Boko Haramın 2009-cu ildən bu yana etdiyi hücumlarda on minlərlə insan həyatını itirib.

Boko Haram terror təşkilatı 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar törədir.

Bütün xəbərlər Facebook səhifəmizdə