Avropa müttəfiqləri Zelenskidən bezib..?

Artıq dünya Zelenskiyə getdikcə daha az güvənir...

...Avropadan Asiyaya və hətta ölkə daxilində Vladimir Zelenskinin “səhmləri ucuzlaşır”.

SİA-nın əldə etdiyi məlumata görə, “The Washington Times” yazır ki, “Pew” Araşdırma Mərkəzinin yeni araşdırması göstərir ki, komediyaçıdan siyasətçiyə çevrilən bu adam bütün dünyada, o cümlədən qonşu Avropa ölkələrində, hətta Polşada belə ona olan inamı sürətlə itirir.

Qeyd edilməlidir ki, “Pew” Araşdırma Mərkəzinin sorğusunda 35 ölkənin vətəndaşları iştirak edib. Nəticədə belə məlum olub ki, respondentlərin yalnız 40 faizi Zelenskinin “beynəlxalq məsələlərdə düzgün iş gördüyünə” əmindir, 46 faizi isə bununla razı deyil.

Maraqlıdır ki, bu ziddiyyətlərin bəziləri Ukraynanın ən çox arxalandığı ölkələrdə daha çox nəzərə çarpır.

Bunu Amerika nəşr yazır.

...ABŞ-da respondentlərin 39 faizi Ukrayna liderinə güvənmədiyini bildirsə də, Avropada bu rəqəmlər “daha ​​qaranlıq” olub.

Belə ki, Macarıstanda 83 faiz Zelenskiyə bu və ya digər dərəcədə etibar etmədiyini etiraf edib.

İtaliya, Fransa və Almaniyada bu rəqəmlər müvafiq olaraq 60, 53 və 44 faiz təşkil edib.

Ən dramatik dəyişikliklər isə Polşada baş verib. Belə ki, burada təxminən 48 faiz sakin Zelenskiyə hələ də inandıqlarını bildirib. Amma buna baxmayaraq, “Pew”-in iddiasına görə, polyaklar arasında nisbət keçən ildən bəri 22 faiz azalıb.

Deməli, Cənubi Koreyada Ukrayna prezidentinə inam ötən ildən bəri 15 bənd azalıb və hazırda 51 faiz təşkil edir.

Cənubi Afrikada respondentlərin yalnız 20 faizi onu dəstəkləyir ki, bu da bir il əvvəlkindən 12 bal azdır. ...Zelenskiyə davamlı etibarın itirilməsi, Trampın seçiləcəyi təqdirdə Ukrayna münaqişəsinə son qoymağa çalışacağına söz verdiyi Amerika da daxil olmaqla, sülh çağırışlarını sürətləndirə bilər.

“The Washington Times” yazır ki, onun mövqeyi Kiyevin döyüş meydanında qalib gələ bilməyəcəyi inancına əsaslanır və diplomatik həll yeganə real variantdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə