"Bu dəyişikliklər sərnişin daşımada da yeniliyə səbəb olacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ayın 1-dən tətbiq olunan qaydalar, ümumiyyətlə, dəyişikliklər nəzərdə tutulub. Bu dəyişikliklər hər bir işdə olduğu kimi sərnişin daşımada da yeniliyə səbəb olacaq". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

O bildirib ki, bu yeniliklərin başlıcası, əsas mahiyyəti ondan ibarətdir ki, bu gün sərnişin daşımanın əsas elementi olan taksi fəaliyyəti tənzimlənir: "Bu tənzimləmələr indiyə qədər bir neçə sualları özündə ehtiva edir. Misal üçün, sürücü-sərnişin münasibətlərini göstərə bilərik. Ən çox müzakirələrə, fikir ayrılığına səbəb olan sürücü-sərnişin münasibətləri idi. Çünki sürücü-sərnişin münasibətlərinin qurulması vacibdir. Sürücülərlə sərnişinlər arasında qarşılıqlı hörmət prinsipi gözlənilməlidir. Sərnişinlər tərəfindən də sürücülərə hörmət göstərilməlidir. Çünki onlar da eyni həssas dövrü və eyni həyəcanı yaşayırlar. Üstəlik sürücülərin iş rejimi də müəyyən qədər stresli olur. Onlar gün ərzində saysız-hesabsız və müxtəlif cür insanlarla qarşılaşırlar.

Bəzən sosial şəbəkələrdə sürücü ilə sərnişinin şəxsi mübahisələri, onlar arasında fikir ayrılıqları, hətta videoya çəkib aşkara nümayiş etdirmələri xoşagəlməz elementlərdən biri idi. Ona görə də bu kimi amilləri nəzərə alsaq, görəcəyik ki, bu və digər formada işlər aparılmalı, tənzimlənməlidir. Yekun nəticə olaraq vətəndaşların, insanların xətrinə addımlar atılmalıdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə