Bu ölkədə son 14 ilin ən isti iyun ayı

Yunanıstanda orta temperatur iyun ayında 2010-cu ildən bəri ən yüksək həddə çatıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Yunanıstan Meteorologiya İdarəsi tərəfindən dərc edilən hesabatda 2010-cu ildən bu yana 53 meteoroloji stansiyada edilən müntəzəm ölçmələrdə iyun ayı üçün təyin olunan temperatur ortalamaları araşdırıldı. Ölçmələrdə iyun ayında orta temperaturun 2010-cu ildən bəri qeydə alınan ən yüksək səviyyəyə çatdığı müəyyən edilib. Bəzi rayonlarda bu orta göstəricinin digər illərin 4,8 dərəcə yüksək olduğu görülüb.

53 meteoroloji stansiyanın 11-nin günlük analizində 2010-cu ildən bəri iyun ayında ölçülən ən isti günlərin qeydə alınıb.

Rodos adasındakı Lindos kəndindəki meteoroloji stansiya 2024-cü ilin iyun ayında ölçülən ən yüksək temperaturu 43,6 dərəcə göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə