ABŞ Ukraynanın təslim olmasının nəticələrini dəyərləndirib

NATO Rusiya ilə dialoqa başlamalı olacaq

Ukrayna təslim olarsa, NATO Rusiya ilə təhlükəsizlik dialoqu açmalı olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikri Pentaqonun keçmiş əməkdaşı Stiven Brayan “Asia Times” üçün yazdığı məqalədə bildirib.

Ekspertin fikrincə, NATO-nun nə baş verdiyini və niyə baş verdiyini anlaması üçün müəyyən vaxt lazımdır. Kiyevin məğlubiyyəti nəhayət, alyansla Rusiya arasında təhlükəsizlik məsələləri üzrə dialoq üçün imkan yaradacaq.

Brayan buna əmindir.

Pentaqonun keçmiş əməkdaşı daha əvvəl bildirmişdi ki, Qərb Ukraynaya Rusiya ərazisinə zərbələr endirməyə icazə verməklə qırmızı xətti keçib.

Ekspert xəbərdarlıq edir ki, ABŞ və Avropa sülhə can atmırlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə